voicepress.az

SON DƏQİQƏ

Səhiyyə komitəsində yeni qanun layihəsi: “Uzun illər gecikməsinin səbəbi vardı”

14-05-2019, 08:29

Səhiyyə komitəsində yeni qanun layihəsi: “Uzun illər gecikməsinin səbəbi vardı”

“Milli Məclisin Səhiyyə komitəsində pasiyentlərin hüquqlarının qorunması ilə bağlı qanun hazırlayırıq. Bunun üzərində iş gedir. Yaxın vaxtlarda bu qanun layihəsi Milli Məclisdə dinləmələrə çıxarılacaq”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bu qanunun uzun illər gecikməsinin səbəbi vardı:

“Bu da İcbari Tibbi Sığorta sisteminin həyata keçirilməməsi ilə bağlıdır. Bildiyiniz kimi, 2020-ci ildən ölkəmizdə İcbari Tibbi Sığorta sisteminə keçiləcək. Məhz, “İcbari Tibbi Sığorta haqqında” qanunda çox geniş dəyişiklik etdik. Bu, 20 il bundan qabaq qəbul olunmuş qanundur”.

Komitə sədri pasiyentlərin hüquqlarından danışarkən tibb işçilərinin də hüquqlarının vacibliyini vurğulayıb:

“Hesab edirəm ki, “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsi mütləq qəbul olunmalıdır. Ancaq burada bir məsələ var. “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsini qəbul edərkən, tibb işçiləri haqqında da fikirləşməliyik. Ola bilsin ki, bu “Pasiyentlərin hüquqları haqqında”, ya da “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında” qanun layihəsi olsun. Əvvəllər təkcə “Pasiyentlərin hüquqları haqqında” qanun layihəsinin qəbulu nəzərdə tutulmuşdu. Ona görə də hazırda “Pasiyentlərin və tibb işçilərinin hüquqlarının qorunması haqqında” qanun layihəsi müzakirə olunur”.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 330
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter