voicepress.az

SON DƏQİQƏ

VOİCEPRESS AKADEMY-nin Ziyalı Qadınlar Forumuna üzv olan yeni üzvləri fəxri diplomla təltif edildi

26-12-2017, 15:19

VOİCEPRESS AKADEMY-nin Ziyalı Qadınlar Forumuna üzv olan yeni üzvləri fəxri diplomla təltif edildi.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, akademiyanın Ziyalı Qadınlar Forumu Yeni il və Həmrəylik günü münasibəti ilə 26 dekabr tarixində dəyirmi masa keçirib. Yeni ildə akademiyanın qarşısında duran prearitet məsələlər müzakirə mövzusu olub.

VOİCEPRESS ACADEMY-nin rəhbəri, siyasi yazar Ülkər Musazadə 2018-ci ildən etibarən start verilən yeni projelər haqqında bilgi verdi.: "Yanvar ayından etibarən bizi çox böyük işlər gözləyir. Biz birləşməyi, birlikdə bir məsələni çözmək iqtidarında olmağı, dövlətimizə dəstək verməyi öyrənməliyik. Sovet dönəmindən bu günə qədər qətt etdiyimiz yola geri dönüb baxanda, zamanla həmrəy olmağı, multikultiral dəyərlərə önəm verməyi, tolerant ruhda böyüdüyümüzün fərqinə varmağı öyrəndiyimizi müşahidə edə bilirik. Amma bu gün biz bir tək mobilləşməyi öyrənməliyik. Bunun üçün hər bir sahədə ziyalılara ehtiyac var. xsusən də, ziyalı qadınlarımızın birləşdirici rol oynayaraq, daha mütəşəkkil formada mobilləşməni ralizə etmək imkanına malik olacağına inanmaq və bu yöndə böyük səy göstərmək lazımdır".

VOİCEPRESS ACADEMY-nin Ziyalı Qadınlar Forumunun sədri Sima Quliyeva isə, öz növbəsində ziyalı qadınların növbəti dəyirmi masasına toplaşan hər bir qadını salamlayaraq, onları qarşıdan gələn bayram münasibəti ilə təbrik etdi: " Hər kəsi təbrik edirəm. Uzun ömür, can sağlığı arzu edirəm. Bu gün Ziyalı qadınlar olaraq, bir çox sosial problemlərin həllinə öz tövhəmizi verməliyik deyə düşünürəm. Sosial problemlərimiz var. Hər birimizin qayğısını çəkməyə isə dövlət rəhbərliyinin zamanı yetməz. Amma onlar bizi həm duyur, həm də, gərəkdiyində lazim olan dəstəyi də verirlər. Biz Ziyalı Qadınlar Forumu olaraq, bayram günlərində bir qədər vəsait toplayaraq, siyahımızdakı sosial durumu nisbətən ürəkaçmayan ailələrə bayrampayı aparmağımızın daha məqsədə uyğun olmasını hesab edərdik deyə, düşünürəm. Biz Həmrəylik gününü qeyd etməyə hazırlaşırıq. Bu kiçik jestlə biz bir-birimizlə həmrəy olmağı, bir-birimizlə çörəyimizi paylaşmağı xatırlamağımızın bu yöndə daha böyük projelərə yol açacağına ümid edirəm".

Dəyirmi masa daha sonra Ziyalı Qadınlar Forumuna yeni üzvlərin fəxri fərmanla təltif edilməsi mərasimi ilə davam etdi. Forumun sədri Sima Quliyeva Qəbələ Xanlar istirahət mərkəzinin göz oxşayan dizaynı və tərtibati məsələlər üzrə rəhbər xanım, iş qadını Minirə Kərimovanı Ziyalı Qadınlar Forumunun fəxri üzvü diplomu ilə təltif edib. Minirə xanım isə öz növbəsində bu kimi sosial problemlərin həllində yer ala bildiyinə görə, sevinc hissi duyduğunu bildirib: " Ziyalı xanımılarımızı bu kimi təqdirəlayiq məsələlərdə aktiv fəaliyyəti həqiqətən də qürurvericidir".






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 10 189
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter