• 12:16 – Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb 11:52 – Ermənilər atəş açdı, Azərbaycan əsgəri yaralandı 11:29 – Stoltenberq: “NATO-da Türkiyənin alyansdan çıxarılması fikri səsləndirilməyib” 11:21 – Çıraqqala abidəsində bərpa işlərinə başlanıldı 14:33 – Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu 
  • 21:11 – Millət vəkili İsveçrədə qaçqınlarla bağlı çağırış etdi 
  • 19:34 – Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi 
  • 13:10 – Şəkidə xəsarət alanların SON DURUMU 

Təcrübəli qaş ustası Sevda xanım: "Təbii boya tükün soğanağına heç bir təsir göstərə bilməz"

Şəhərimizdə fəaliyyət göstərən "Ulduz” gözəllik salonu özəl xidmətləri və təcrübəli qaş ustası Sevda xanım kimi bacarıqlı insanlar öz xidmətləri ilə hər kəsi sevindirir...

Əhmədli metro stansiyası yaxınlığında yerləşən “Ulduz” gözəllik məkanında gəlin bəzəyindən tutmuş, 3 d makiyajı, dırnaq qaynağı, əllərin parafinlə cavanlaşıb gözəlləşməsi, ən dəbli saç kəsimləri, rənglənməsi, üz dərisinin cavanlaşması üçün bütün növ kosmetoloji xidmətlər və ən əsası insanı zahirən dəyişə biləcək gözəl qaşlara sahib olmaq mümkündür.

Təcrübəli qaş ustası Sevda xanım bir sıra ölkələrdə seminarlarda iştirak edib və birinci dərəcəli fərqlənmə nişanı ilə sertifikatlara layiq görülüb. Bu gün sərfəli qiymətlərlə fəaliyyət göstərən “Ulduz” bütün qadınları hər zaman sevindirməyi bacarıb.

VOİCEPRESS.AZ
Beynəlxalq İnformasiya Bürosu qadınların dilindən düşməyən tanınmış “Ulduz” salonu və dillərə dastan Sevda xanımla yaxından tanış olmaq istədi. Bir-birindən maraqlı sualları, özünə məxsus şəkildə cavablandıran Sevda xanım qaş ustalığındakı kimi rəngarəngliyi qorumağı bacardı:


-Sevda xanım, artıq uzun müddətdir gözəllik yaratmaqla məşqulsunuz. Rəssam tabloda çəkdiyini silib, yenidən çəkə bilir. Amma siz bu rəssamlığı insan üzərində edirsiz... Bu nə qədər çətindir?

-Bəli, doğrudur. Burada hesab edirəm ustanın üzərinə böyük məsuliyyət düşür. Bədən dili, üz cizgilərinin dilini bilmək, jestlərin dilini anlamaq önəmli faktordur. Qaşın forması bütün insanın üz mimikasını dəyişmək gücünə malikdir. Ona görə də, bizə üz tutan xanımların hər biri ilə bir qədər söhbət edir, onların istəkləri ilə onlara yaraşacaq formanı uzlaşdırmağa çalışırıq. Daha sonra işimizə başlayırıq...

-Bəzən istədiklərimizlə yaraşıb-yaraşmamaq məsələsi bir biri ilə uzlaşmır...Belə olan halda, siz dediyinizin, ya müştərinin seçiminin üzərində qalırsız?

-Əslində mən müştərini onun istədiyi şəklin onun üz cizgilərinə uyğun olmayacağına inandırmağa çalışıram. Əgər inandıra bilsəm, bu çox zaman belə olur, o zaman mənim seçimimin üzərində dayanırıq. Bəzən isə inadla yaraşdı yaraşmadı təkidlə öz istəklərini yürüdənlər də, olur. O zaman müştəri hər zaman doğru olanı bilir deyib, bizə həvalə olunanı edirik. Lakin çoxluqla bir müddətdən sonra həmin qadınlar yenidən salona üz tutaraq, mənim onlara təklif etdiyim formanı tətbiq etməmi də istəyirlər.


-Hər sifətin özünə uyğun qaş forması var. Bu qaş formaları haqda danışardız...

-Görünüşünüzü tamamilə dəyişdirən qaşlarmız doğrudur, üz formasına uyğun olaraq şəkillənir.
Yumru üz tipi - əgər qadınlarımız yumru üz tipinə sahibdirlərsə, üzlərini daha uzun görünməsini təmin edəcək bir qaş modelini seçməlidirlər. Düz modellər onların üzlərinin şəklini ortaya çıxaracağı üçün mümkün olduğu üçün qövslü bir qaş modeli çox daha uyğun hesab olunur.
Uzun üz tipli qadınlar üzlərinin uzunluğunu gizləyəcək bir model seçməlidir. Qövslü qaşlar üzün şəklini ortaya çıxaracağı üçün düz, mümkünsə sındırmasız qaş modellərini seçməniz daha doğru ola bilər.
Kvadrat üz tipli xanımlar əsasən sərt bir ifadəyə malik xanımlardır. Qaşlarınızı çox incə tutmamalı, ifadənizi yumşaltmaq üçündə qaşlarınızın uc qisimlərinə doğru yüngül bir sındırma verməlisiniz.
Ürək üz tipli xanımlar çənələrini ürəyin ucu, qaşlarını da üst qisimləri kimi xəyal etsələr və qaşlara "aypara" şəklini versələr daha uyğun hesab edilər. Son dövrdə incə əzələlərdən çox təbii görünüşlü qaşlar seçilir. Bu səbəblə əzələlərinizə bu şəkli verərkən çox incəltməməyi tövsiyə edirik.
Oval üz tipli xanımlar çox şanslıslıdır. Çünki üz xəttlərinin mütənasib paylanması istənilən qaş modelinin istifadəsi son dərəcə əlverişlidir. Yenə də yüngül qövslü bir qaş modeli, çox daha xoş bir görünüşə sahib olmanızı təmin etmək mümkündür.


-Sevda xanım günümüzdə çox rast gəlinən bir termin var permonent qaşlar. Təbii qaşdan fərqlənməyən döymə: permanent qaşlar necə olur?

- Bilirsiz, dövr dəyişdikcə dəb də dəyişir. Bir vaxtlar nazik qaşlar dəbdə idisə, artıq xanımlar qalın qaşlara üstünlük verirlər. Dəbin tələbi ilə ayaqlaşmaq isə bəzi xanımlara elə də asan başa gəlmir. Qaşları seyrək olan xanımlar bunun üçün əvvəllər xüsusi qələmlərlə qaşlarını korreksiya edirdilərsə, artıq kosmetologiyada buna da bir çarə tapılıb. Söhbət son zamanlar dünyada olduğu kimi, Azərbaycanda da məşhurlaşan permanent makiyajdan gedir. Permanent qaş əslində döymənin bir növüdür. Lakin daha təbii görünən formasıdır. Belə ki, permanent makiyajda boya qaşa tük üsulu ilə çəkilir. Qaşda qalıcılıq müddəti 6-9 ay, yaxud da bir il yarım və 2 il ola bilər. Permanent makiyajda boya qaşın dərisinin bir qat altına yeridilir. Prosedur xüsusi avadanlıqla, yaxud əllə işləməklə həyata keçirilə bilər. Bu prosedurda çox nazik, yəni qaşın tükü nazikliyində xüsusi iynələrdən istifadə edilir. Həmin iynələr vasitəsilə boya dərinin bir qat altına yeridilir.

Bu gün bir çox gözəllik salonlarında bu prosedur icra edilir. Lakin prosedur zamanı istifadə edilən boyanın və digər materialların keyfiyyətli olması şərtdir. Mən bu makiyajda keyfiyyətli və xüsusi olaraq, xaricdə istehsal olan, təbii boyalardan istifadə edirəm. Çünki bu boya dərinin altına yeridilir. Nəzərə almaq lazımdır ki, bu boya müəyyən müddətdən sonra limfa ilə sovrulur. Ona görə də, boyanın təbii olmalıdır ki, orqanizmə mənfi təsiri və allergik reaksiyaya səbəb olmasın. Əslində müştərilər bu məsələyə ciddi önəm verməlidirlər. Çünki onların sağlamlığı üçün vacib məsələlərdən biri budur.


-Sevda xanım, bəs bu permanent qaşların tətbiqi nə qədər vəsait tələb edir?

-Bu qaşların formasına görə dəyişir. Amma əsasən 80 azn və 150 azn-dən çox olmur. Bu əsasən qaşın simmetrik olaraq çəkilməsindən asılıdır: “2D, 3D və 6D permanent makiyaj növləri var. Müştəriyə hansı növü tətbiq etməyi biz ustalar müəyyənləşdiririk. Elə qaşlar var ki, təkcə dikinə tüklər deyil, yastı, çarpaz tüklərin də çəkilməsinə ehtiyac var. Bu zaman 6D makiyajdan istifadə edilir. Bu xidmət artıq Bakıda populyarlaşıb. Səbəb isə tələbatın olmasıdır. Amma bunun üçün mütləq peşəkara müraciət edilməlidir. Yəni müştəri seçim zamanı, əlinin işinə bələd olan ustaya müraciət etməlidir.

Təcrübəli qaş ustası Sevda xanım: "Təbii boya  tükün soğanağına heç bir təsir göstərə bilməz"

-Sevda xanim, bəs permanenet boya, təbii qaşın çıxmasına əngəl törədə bilərmi? Deyilənə görə, permanent boya təbii qaş köklərini yandırır...


-Xeyir mən bu cür iddiaların əleyhinəyəm. əslində permanent boyalar təbii qatqılardan hazırlanıbsa, bu cür iddialar əsassızdır. Çünki təbii boya tükün soğanağına heç bir təsir göstərə bilməz. Həm də nəzərə almaq lazımdır ki, boya dərinin ən üst qatına yeridilir. Bu, ancaq allergiya zamanı qaşların tökülməsi ilə müşahidə oluna bilər. Bunun üçün mütləq boya təbii olmalıdır ki, dəridə allergiya yaratmasın. Bütün hallarda permanent makiyajın peşəkar tərəfindən incə alətlə və stiril şəraitdə həyata keçirilməsi olduqca mühüm məsələdir.







Aysel İsgəndərova
VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter