voicepress.az

SON DƏQİQƏ

Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti başa çatıb

2-06-2019, 14:42


Rusiyanın İqor Moiseyev adına Dövlət Akademik Xalq Rəqsləri Ansamblı Heydər Əliyev Mərkəzində üç günlük konserti proqramına yekun vurub.

VOİCEPRESS.AZ xəbər verir ki, bu, dünyada “İqor Moiseyev baleti” kimi tanınan məşhur kollektivin 20 illik fasilədən sonra Bakıda ilk çıxışı idi.

Azərbaycan mədəni həyatında mühüm hadisə olan proqram böyük tamaşaçı rəğbəti qazanıb.

Konsert proqramında XX əsrin əfsanəvi xoreoqrafı İqor Moiseyevin dünya klassik irsi kimi tanınan “Yay” rus rəqsi, “Çobanlar” Azərbaycan rəqsi, “Sirtaki” yunan rəqs süitası, Mixail Qlinkanın musiqisinin müşayiəti ilə “Araqon Hota”, argentinalı çobanların “Qauço” rəqsi, əfsanəvi “Alma” rəqsi və s. nömrələr təqdim olunub. Kollektiv son əsəri, argentinalı xoreoqraf Laura Roattanın səhnələşdirdiyi “Tango del Plata” rəqsinin premyerasını da Bakıda edib.

Qeyd edək ki, konsert SOCAR və “Qazprombank”ın dəstəyi ilə təşkil olunub.

Heydər Əliyev Mərkəzində Rusiya Dövlət Akademik Xalq Rəqsləri Ansamblının konserti başa çatıb











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 152
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter