voicepress.az

SON DƏQİQƏ

“Eurovision 2019”un 1-ci yarımfinalı keçirildi - 10 ölkə finala çıxdı - SİYAHI

15-05-2019, 07:49

“Eurovision 2019”un 1-ci yarımfinalı keçirildi - 10 ölkə finala çıxdı - SİYAHI

Mayın 14-dən 15-nə keçən gecə İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, müsabiqənin birinci yarımfinalında 17 ölkənin - Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marinonun təmsilçiləri çıxış ediblər.

Çıxışlar yekunlaşandan sonra səsəvermə keçirlib.

Səsvermə nəticəsində 10 ölkənin təmsilçisi finala çıxıb. Beləliklə, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino və Sloveniya birinci yarımfinaldan qalib ayrılıblar.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqənin finalı isə mayın 18-də olacaq.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 069
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter