voicepress.az

SON DƏQİQƏ

60 yaşlı Firəngiz Mütəllimova Prezidentə məktub YAZDI

14-05-2019, 22:11

60 yaşlı Firəngiz Mütəllimova Prezidentə məktub YAZDI

Xalq artisti Firəngiz Mütəllimova Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazıb. VOİCEPRESS.AZ xəbər verir ki, Firəngiz Mütəllimova ölkə başçısına 60 yaşının tamamında onu Prezident təqaüdünə layiq gördüyünə görə təşəkkür edib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Siz müqəddəs Ramazan ayında, ulu öndərimiz Heydər Əliyevin doğum günündə məni ürəkdən sevindirdiniz. Altmış illik yubileyimdə 40 illik səhnə fəaliyyətimə yüksək qiymət verərək məni Prezident təqaüdünə layiq gördünüz.

Cənab Prezident, bu diqqət və qayğınıza görə şəxsən öz adımdan və ailəm adından Sizə təşəkkürümüzü bildirirəm. Var olun, Sizinlə fəxr edirəm! Allah Sizi Azərbaycan xalqına çox görməsin. Allah Sizi və ailənizi qorusun. Dualarım həmişə Sizinlədir”.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 174
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter