voicepress.az

SON DƏQİQƏ

“Avroviziya – 2019” mahnı müsabiqəsi başladı

12-05-2019, 23:40

“Avroviziya – 2019” mahnı müsabiqəsi başladı

İsrailin paytaxtı Tel-Əvivdə, Qabim teatrında “Avroviziya - 2019” beynəlxalq mahnı müsabiqəsinin 41 milli nümayəndə heyətinin iştirakı ilə rəsmi açılış mərasimi baş tutub.

VOİCEPRESS.AZ xəbər verir ki, müsabiqə ənənəvi olaraq “narıncı xalı” mərasimi başlayıb.

Qeyd edilir ki, "Avroviziya kəndi" Tel-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar qeyd edirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.

"Avroviziya 2019" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Tel-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.

Qeyd edək ki, ölkəmizi müğənni Çingiz Mustafayev təmsil edir.











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 242
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter