voicepress.az

SON DƏQİQƏ

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu

26-03-2019, 17:48


İsveçin paytaxtı Stokholmda burada yaşayan gənc azərbaycanlılardan ibarət “Tumurcuq” adlı teatr fəaliyyətə başlayıb. VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə məlumatı Modern.az-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. İsveçdəki Türk teatrının rəhbəri və rejissoru Burcu Ada Soysop çıxışında qeyd edib ki, teatrın yaradılması ilə bağlı fikir azərbaycanlı uşaq Məhəmmədəlinin ilk səhnəyə çıxışından sonra yaranıb.

“Keçən il Məhəmmədəlinin anası “Tumurcuq” teatrının bədii rəhbəri Sevinc Nəzərli Nazim Hikmətin ölüm gününə həsr etdiyi "Bir qazının anıları" tamaşasını hazırladı. Tamaşa səhnəyə qoyuldu. O zamandan Azərbaycan teatrı yaratmaq ideyası yarandı. Bu gün isə onun açılışını edirik”.

“Tumurcuq”un bədii rəhbəri Sevinc Nəzərli isə bu teatrı yaratmağın əhəmiyyətini diqqətə çatdırıb.

“Teatr iki qrupa bölünür: Böyüklər bə gənclər. Ən yaşlı aktyorumuzun 55 yaşı var Teatrı yaratmaq bizim borcumuzdur. Amma yaşatmaq isə İsveç də doğulan və yaşayan azərbaycanlı gənc və uşaqların boynuna düşür. Onlar teatrı yaşatmalı və inkişaf etdirməlidirlər”.

İsveçdə “Tumurcuq” teatrının açılışı oldu










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 553
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter