voicepress.az

SON DƏQİQƏ

Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar"

23-03-2019, 07:23

Fransalı professor: "Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanıyıblar"

"Muğam ilə Avropada ilk dəfə fransızlar maraqlanıblar".

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Fransanın Milli Elmi-Tədqiqat Mərkəzinin professoru, "Azərbaycan milli musiqisi və muğam elmi" kitabının müəllifi Jan During "Report"un Qərbi Avropa bürosuna deyib.

Professor ilk dəfə 1987-ci ildə Alim Qasımov ilə tanış olduğunu və onun ifasını lentə alıb Fransaya apardıqdan sonra orada tez bir zamanda azərbaycanlı xanəndəyə maraq yarandığını bildirib:

"Mən ilk dəfə 1987-ci ildə Alim Qasımov ilə tanış olmuşam. Onun ifasını çəkib Fransaya gətirdikdən sonra, tez bir zamanda onunla maraqlanıblar və Alim Qasımovu Fransaya dəvət ediblər. Azərbaycan muğamı ilə Avropada ilk dəfə fransızlar maraqlanmağa başlayıblar. Mən uzun araşdırmalardan sonra, 1988-ci ildə "Azərbaycan milli musiqisi və muğam elmi" adlı kitabım işıq üzü görüb ki, Fransanın elmi kitabxanalarında hələ də oxunur. Fransanın "dünya mədəniyyətləri evi", "Fransa radiosu" Alim Qasımovun ifasında çoxlu sayda CD-lər buraxıb. Almanlar, italiyalılar və digərləri Azərbaycan muğamını bizdən sonra tanımağa başlayıblar".

Jan During bildirib ki, fransız mətbuatı bu məsələyə laqeydliklə yanaşsa da, tədqiqatçılar, alimlər və professorların reallıqlardan xəbərdar idilər".

"Hətta Sovet dövründə belə, Fransaya gələn professorlar bizə həqiqətləri çatdırırdılar. O vaxt Strasburq şəhərinə gəlmiş bir professor bizə Azərbaycanda məscidlərin olduğunu, hamının ateist olmadığını danışmışdı. Sonralar Dağlıq Qarabağ münaqişəsi başlayanda bizim artıq həqiqətlərdən xəbərimiz var idi. Biz bilirdik ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir və Ermənistan tərəfindən zəbt olunub. Yadımdadır ki, bir gün mən radio verilişinə yazılırdım. Orada bir vaxtlar azərbaycanlılarla ermənilərin Qarabağda birgə mahnı oxuduqlarını söylədim. Bu zaman verilişin direktoru müdaxilə edərək məni erməniləri təndiq etməkdə ittiham etdi. Fransız mətbuatı bu məsələyə laqeydliklə yanaşsa da, tədqiqatçılar, alimlər, professorlar Azərbaycanla bağlı reallıqları hər zaman biliblər".










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 151
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter