voicepress.az

SON DƏQİQƏ

Fransız heykəltəraşın Bakıda sərgisi açıldı

16-03-2019, 08:09


Heydər Əliyev Mərkəzində fransız heykəltəraş Mauro Kordanın “Zoospektiv və morfospektiv” adlı sərgisi açılıb.

VOİCEPRESS.AZ xəbər verir ki, açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov ölkəmizlə Fransa arasında əlaqələri gündən-günə inkişaf etdiyini bildirib.

Qeyd edib ki, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzi tərəfindən bir çox layihələr həyata keçirir. Vurğulayıb ki, Heydər Əliyev Mərkəzində artıq Fransanın Bernar Buffe və Lorens Cenkellin kimi tanınmış heykəltəraş və rəssamlarının incəsənət əsərləri təqdim olunub.

Sərginin kuratoru Mark Haşim belə bir möhtəşəm məkanda– Heydər Əliyev Mərkəzində Mauro Kordanın əsərlərinin təqdim etmək üçün yaratdığı xoş fürsətə görə təşkilatçılara təşəkkürünü bildirib.

“İnanıram ki, bu incəsənət əsərləri ilə tanışlıq sizin böyük marağınıza səbəb olacaq, onları bir növ özünüz üçün kəşf edəcəksiniz”, - deyə sərginin kuratoru qeyd edib.

Sərginin təşkilatçılarına və iştirakçılarına təşəkkür edən Mauro Kordo nümayiş olunan əsərləri haqqında məlumat verib. Bildirib ki, təqdim olunan incəsənət əsərləri bütün hissləri hərəkətə gətirən sənət nümunələridir. Bu əsərlər davamlı, ideyalara əsaslanan fransız heykəltəraşlığının nümunələridir.

Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar.

Qeyd edək ki, M.Kordanın yaradıcılığında portret janrı mühüm yer tutur. O, yaratdığı əsərlərlə insanın daxili aləmini ən müxtəlif mühit və vəziyyətlərdə açır və buna nail olmaq üçün bürünc, keramika, dəmir, mərmər və digər müxtəlif materiallardan istifadə edir.

Mauro Korda yaradıcılığında heyvanlar aləminə də xüsusi yer verir. Bu əsərlər bir sıra heyvan növlərinin sürətlə tükənməsi kimi qlobal məsələlərə diqqət yönəltmək məqsədi daşıyır. Heykəltəraş vəhşi təbiət və ya zooparklardakı adi heyvan növlərinin tezliklə onun təqdim etdiyi fantastik məxluqlar kimi görünə biləcəyi mesajını verir.

Heydər Əliyev Mərkəzindəki sərgi sentyabrın 15-dək davam edəcək.

Fransız heykəltəraşın Bakıda sərgisi açıldı









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 577
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter