voicepress.az

SON DƏQİQƏ

Aleksandr Serovun Heydər Əliyev Mərkəzində konserti olacaq

11-03-2019, 12:27

Aleksandr Serovun Heydər Əliyev Mərkəzində konserti olacaq

Aprelin 29-da Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının Xalq artisti Aleksandr Serovun solo konserti olacaq. Məşhur estrada ulduzu konsert proqramında milyonların sevgisini qazanmış hitləri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcək.

Modern.az xəbər verir ki, Aleksandr Serov virtuoz müğənni, instrumental ifaçı, şair, bəstəkar və aranjimançıdır. O, ötən əsrin 80-ci illərində məşhurlaşıb, sevgi mahnıları ilə qəlbləri fəth edib. Aleksandr Serov 40 ildən çox yaradıcılığı ərzində müxtəlif albomlar yazdırıb. Onun bir çox məşhur mahnılarının bəstəkarı İqor Krutoy olub

ABŞ, Almaniya, Kanada, İsrail və digər ölkələrdə qastrollarda olub. Aleksandr Serovun anşlaqla keçən hər bir konsertində publika onun ifasını zövqlə dinləyir.

Heydər Əliyev Mərkəzində keçiriləcək konsertə biletlərin qiyməti 30, 40, 50, 60, 80, 100, 120, 150 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 948
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter