voicepress.az

SON DƏQİQƏ

Nadir ifa olunan "Heksameron" Heydər Əliyev Mərkəzində təqdim olunub - FOTOLAR

8-03-2019, 13:02


Martın 7-də Azərbaycanda "Heksameron. 6 royal" adlı konsert proqramı təqdim olunub.

VOİCEPRESS.AZ xəbər verir ki, altı ölkənin pianoçuları - Almaniyadan Katarina Troytler, Yaponiyadan Atsuşi İmada, ABŞ-dan Nikolas Rot, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Azərbaycandan Murad Hüseynov əvvəlcə Azərbaycan və digər ölkələrin bəstəkarlarının əsərlərindən ibarət repertuarla solo çıxışlar ediblər.

Musiqiçiləri Fuad İbrahimovun dirijorluğu ilə simfonik orkestr müşayiət edib.

Daha sonra altı musiqiçi birgə Azərbaycanda ilk dəfə olaraq məşhur "Heksameron" əsərini ifa ediblər.

"Heksameron" fortepiano üçün birgə kompozisiyadır. O, italyan bəstəkarı Vinçentso Bellininin "Puritanlar" operasından "Puritan marşı" mövzusunda 6 variasiyadan ibarətdir. Mürəkkəb tərkib hissələrini özündə birləşdirən "Heksameron" əsəri dünyada nadir hallarda ifa olunur.

"Heksameron" əsərinin adı kainatın 6 günə yaradılmasını simvolizə edir və əsərin strukturu, 6 bəstəkarın həmmüəlliflik konsepsiyası da bununla bağlıdır.

1837-ci ildə görkəmli bəstəkar və pianoçu Ferens List 5 həmkarı ilə birgə "Puritanlar" operasından "Puritan marşı" mövzusunda variasiyalar işləyib. Ferens List giriş, bir variasiya, keçid elementləri və finalı bəstələyib, həmçinin bütün pyesləri vahid bədii əsər kimi birləşdirib. Digər variasiyaların müəllifləri tanınmış bəstəkar-ifaçılar Frederik Şopen, Karl Çerni, Anri Herts, İohan Peter Piksis və Siqizmund Talberq olub.

Əsər ilk dəfə 1837-ci il martın 31-də Parisdə xeyriyyə konsertində ifa olunub. Ferens List daha sonra onu fortepiano və orkestr üçün işləyib.

Nadir ifa olunan "Heksameron" Heydər Əliyev Mərkəzində təqdim olunub - FOTOLAR










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 960
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter