voicepress.az

SON DƏQİQƏ

Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu

6-03-2019, 16:08

Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu

Vaqif Mustafayev növbəti dəfə beynəlxalq kino festivalının juri sədri oldu

Xalq artisti, dünya şöhrətli kinorejissor Vaqif Mustafayev “Birlikdə qələbə qazandıq” XV Sevastopol Beynəlxalq kinofestivalına mötəbər jürinin sədri kimi dəvət olunub.

VOİCEPRESS.AZ-ın məlumatına görə, V.Mustafayev keçən il də bu festivalda jüriyə sədrlik etmək üçün dəvət olunmuşdu. Lakin gərgin iş qrafikinə görə Vaqif Mustafayev bu təklifi qəbul edə bilməmişdi. Buna baxmayaraq, “Birlikdə qələbə qazandıq” festivalının təşkilatçıları yenidən təkidlə dünya şöhrətli kinorejissorumuzu XV Beynəlxalq kinofestivala jüri sədri kimi dəvət etmişdilər.

Onu da bildirək ki, dünyanın müxtəlif ölkələrindən cəlb olunan tanınmış kino xadimləri jürinin tərkibinə daxil edilib. Beynəlxalq festival bu il may ayının 12-si başlayaraq və 18 maya qədər davam edəcək.

Hər il dünyanın müxtəlif ölkələrində keçirilən məşhur kinofestivallara jüri sədri kimi dəvət olunan dünya şöhrətli kinorejissor Vaqif Mustafayevə bu şərəfli və məsuliyyətli işdə uğurlar arzu edirik.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 855
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter