voicepress.az

SON DƏQİQƏ

“Nəsimi ili”ndə müharibə meydanında qalan Nəsiminin məzarı - FOTOLAR

19-01-2019, 10:14

“Nəsimi ili”ndə müharibə meydanında qalan Nəsiminin məzarı - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda 2019-cu ili “Nəsimi ili” elan edib.

Dahi şair İmadəddin Nəsimi ilə bağlı çoxlu araşdırmalar aparılıb, lakin bəzi məqamlar hələ də tədqiqat obyekti olaraq qalır.

Ədəbiyyatçılar, tarixçilər deyir ki, “Nəsimi ili”ndə Nəsiminin əsərləri ilə bağlı yeni araşdırmalar aparılacaq.

Bununla paralel olaraq, Nəsiminin Suriyanın Hələb şəhərindəki məzarının Azərbaycana gətirilib-gətirilməyəcəyi haqda da müzakirələr gedir.

Bu məsələ, sual altındadır, lakin böyük güclərin toqquşma meydanına çevrilən Suriyada Nəsiminin məzarının bu gün hansı vəziyyətdə olmasının özü maraqlıdır.

Hələb hələ də təhlükəli bölgə olaraq qalır, burada tez-tez atışmalar olur. Amma Nəsimin məzarı hələ də dağıdılmayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, Modern.az saytı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nəsimin məzarından son görüntüləri əldə edib.

Nəsimin məzarının fotolarını isə NTV-nin büro rəhbəri Meri Ak təqdim edib.

Qeyd edək ki, Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb.

1968-ci ildə Xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda «Ədəbiyyat və incəsənət» qəzetində dərc etdirdiyi «Cahana sığmayan şairin qərib məzarı» alı məqaləsində böyük şairdən bəhs edib.

Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.

Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır.

Nəsiminin Hələb şəhərindəki “Nəsimi təkyəsi” adlanan məqbərədə yerləşən məzarının fotolarını təqdim edirik.














VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 715
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter