voicepress.az

SON DƏQİQƏ

Amerika kinematoqrafçıları XX əsrin ən yaxşı filmini seçiblər

13-01-2019, 11:04

Amerika Kinematoqrafçılar Cəmiyyəti (American Society of Cinematographers, ASC) yaranmasının 100 illiyi münasibəti ilə XX əsrin ən yaxşı filmini seçib.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, birinci yeri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən lentə alınmış "Ərəbistan Laurensi" filmi ("Lawrence of Arabia") tutub.

ASC mütəxəssislərini filmin çəkildiyi şərait heyrətə gətirib. Xüsusən, filmin açıq hava səhnələri İordaniyanın Cəbəl əl-Tubayk şəhərində lentə alınıb. Həmin vaxt burada havalar dözülməz dərəcədə isti olub və ən yaxın su mənbəyi 240 kilometr məsafədə imiş.

Bununla belə, çəkiliş qrupunun peşəkarlığı sayəsində yeddi "Oskar", dörd "Qızıl Qlobus" və bir çox başqa mükafatlara layiq görülən film ərsəyə gəlib.

Eyni zamanda ilk onluğa "Ülgüc üzərində qaçan" (1962), "Apokalipsis bu gün" (1979), "Vətəndaş Keyn" (1941), "Xaç atası" (1972), "Quduz öküz" (1980), "Konformist" (1970) , "Biçin günləri" (1978) , "2001-ci il: Fəza odiseyi" (1968) və "Fransa rabitəçisi" (1971).


Amerika kinematoqrafçıları XX əsrin ən yaxşı filmini seçiblər













VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 4 436
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter