voicepress.az

SON DƏQİQƏ

“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu təqdim olunub

8-01-2019, 16:09

“Eurovision 2019” mahnı müsabiqəsinin loqosu açıqlanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu il 64-cü dəfə keçiriləcək yarışmanın loqosunda ulduz əks olunub.

Ulduzu yaratmaq üçün isə üç ədəd üçbucaqdan istifadə edilib.

Müsabiqənin icraçı direktoru Con Ola Sand bildirib ki, dünyanın ən qədim simvollarından biri olan üçbucaq sənət, musiqi, kosmologiya, təbiətdə ünsiyyət və yaradıcılığı təmsil edən universal bir nişandır: “Builki loqoda Florian Viederin “Eurovision 2019” mahnı müsabiqəsi üçün hazırladığı səhnə dizaynından ilham alınıb. O, konsepsiyasında üçbucaqlı forma və strukturlardan istifadə edir”.

Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.

"Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.

Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə bu il keçirilən mahnı müsabiqəsinin qalibi olub.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 609
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter