voicepress.az

SON DƏQİQƏ

“Azərbaycanın ipək incisi” müsabiqəsi elan olundu

7-01-2019, 16:08

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti 18-29 yaş kateqoriyasında olan gənc, istedadlı dizayner və rəssamlar üçün “Azərbaycanın ipək incisi” adlı yaradıcılıq müsabiqəsini elan edir.

VOİCEPRESS.AZ xəbər verir ki, milli naxış və ornamentlər mövzusuna həsr olunan müsabiqə gənc, istedadlı rəssam və dizaynerlərə dəstək olmaq, onları tanıtmaq, eyni zamanda Azərbaycanın bu qədim sənət növünü, ənənə və dəyərlərimizi yaşatmaq məqsədini daşıyır.

Müsabiqədə iştirak etmək arzusunda olanlar ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə kəlağayı üçün nəzərdə tutulmuş eskiz nümunələrini A4 ölçülü kağız üzərində işləməklə 15 fevral 2019-cu il tarixinədək musabiqe@aicojsc.com elektron ünvanına göndərməlidirlər.

I, II, III yer üzrə müsabiqə qalibləri pul mükafatı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim olunmuş diplom və sertifikatlarla təltif olunacaqlar.

Əlaqələndirici şəxslər : Vüqar Məmmədov (012) 498 19 94,

Elvira Məmmədova (050) 342 00 43.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 860
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter