voicepress.az

SON DƏQİQƏ

Türkiyədə İlin ən yaxşı televiziya proqramı "Azərbaycan rüzgarı" oldu (FOTO)

19-12-2018, 20:05

Türkiyə-Azərbaycan qardaşlıq ödüllərinin ünlü isimləri açıqlandı Türkiyədə İstanbul şəhərində Türkiyə-Azərbaycan Qardaşlıq ödülləri mükafatlandırma mərasimi keçirilib. Qardaşlıq ödülləri gecəsi iki qardaş ölkənin idman, sənət və iş dünyasının öndə gələn isimlərini bir araya gətirib.

Ödülləndirilənlər arasında Türkiyə Cümhuriyyəti Milliyyətçi Hərəkat Partiyasının "BengüTürkTv" televiziyasında hələ 3 aydır fəaliyyətə başlayan "Azərbaycan rüzgarı" proqramının da adı yer alıb. Proqramın aparıcı müəllifi Səidə Ömərin "STRATEGIYA.AZ"a verdiyi xəbərə görə, ötən il 100-dək ödül sahibinin mükafatlandırıldığı, məşhur sənətçilərin də qatıldığı möhtəşəm tədbir bu dəfə də sürprizlərlə dolu olub. Müsiqi, idman, televiziyalar, sənət və iş dünyasının ən yaxşısının ödülləndirildiyi gecədə bu dəfə də Azərbaycan və Türkiyənin tanınmış simaları olub: "Çox möhtəşəm bir gecə oldu. Azərbaycanlı müğənnilərdən Roza Zərgərli, Ayaz Qasımov, tanınmış teleaparıcı Lalə Azərtaş, Rəşad Kəsəmənli, aktyorlardan Azər Axşam, rejissor Kənan MM ödülləndirilənlər arasında vardı. Mənim üçün gözlənilməz bir sürpriz oldu. "Azərbaycan rüzgarı" 3 aylıq bir körpə olmasına baxmayaraq çox sevilməyə, ünlü olmağa başladı. Mən o gecədə çıxış edərkən də bildirdim. Türk dünyası nə qədər geniş olsa da, dünyada nə qədər türk xalqları olsa da Azərbaycanla Türkiyənin qardaşlıq münasibətləri çox sıcaq və seçilən olub. Azərbaycan-Türkiyə qardaşlıq ödülünə "Azərbaycan rüzgarının" layiq görülməsi məni çox sevindirir. Bu dəyərli ödülü də tək mənim deyil, bütövlükdə "BengüTürkTv"nin hədiyyəsi olaraq qəbul etdim. Gecəyə verilişin koordinatoru, Avrasiya yenel yönətimlər Birliyi İstanbul Anadolu Yakasi Bölgə başkanı Aytəkin Akkurd da qatılmışdı. Mən "BengüTürkTv"-nin rəhbəri Metin Özkana da təşəkkür edirəm ki, Azərbaycan adını ilk duyunca bizə heç düşünmədən bu televiziyanın qaplarını acdı. Ümid edirəm ki, Odlar yurdu Azərbaycanın yaşıl gözlü Göygölündən Türkiyənin incisi Egeye mavi gözlü Xəzərimizdən Qaradənizə, Qafqaz dağlarından aşıb Ağrıdağımıza, Savalandan dolaşıb Bakı, Təbriz, Qarabağdan əsən Turan nəfəsli Azərbaycan rüzgarı Türkiyə pəncərəsi "BengüTürk Tv" ilə bütün dünyaya ilıq, xoş ab-hava yayacaq". Türkiyə-Azərbaycan Qardaşlıq ödülləri mükafatlandırma gecəsi BHS Group Atakan TAŞUR ve Can Medya Grup Aysel Nazim tərəfindən 2-ci ildir ki, düzənlənir. Keçən il dekabrın 25-də keçirilmişdi və hər iki ölkənin ünlü isimlərinin qatıldığı mərasim böyük ilgi çəkmişdi. Bu önəmli programın amacı iki qardaş ölkənin ünlülərini bir arada toplayarak, birlik və bərabərliyimizi bütün dünyaya yaymaqdır. Bu dəfə isə Türkiyədəki önəmli isimlərin arasında Emre Aşık, Turgay Kiran,Seren Serengil, Yılmaz Morgül, Cengiz Semercioğlu, Yaşar İpek, Wilma Elles, Selin Ciğerci, Ezo, Hakan Peker, Altan Gördüm kimi isimlər, bundan əlavə uzun illər İtaliyada yasayan ozelliklə spor sahəsindəki ozəl ve onəmli xəbrləri ilə tanınan istedadlı qəzetçi Dundar Kesaplı da gecəyə dəvətli isimlər arasında yer tutub. Ödülləndirilənlər arasında sevilən türk sənətçisi Kibariyənin də adı yer alıb. Gecənin aparıcıları Türkiyədən gənc və istedadlı Merve Akinci, Azərbaycandan tanınmış teleaparıcı Şəhriyar Əbilov olub.


Türkiyədə İlin ən yaxşı televiziya proqramı "Azərbaycan rüzgarı" oldu (FOTO)






VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 597
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter