voicepress.az

SON DƏQİQƏ

Mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adlar təqdim edilib - FOTO

22-12-2018, 01:39

Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə orden, medal və fəxri adlara layiq görülmüş mədəniyyət və incəsənət xadimlərinə mükafatların təqdimat mərasimi keçirilib.

VOİCEPRESS.AZ xəbər verir ki, mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək mədəniyyət və incəsənət sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışıb:

”Bu insanlar Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə veriblər. Bu, İncəsənət Muzeyinin yeni açılmış korpusunda ilk tədbirdir. Mən şadam ki, bu yeni binada ilk dəfə belə bir tədbir keçirilir. Bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqətdir. Mədəniyyətimiz bu gün dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Azərbaycan musiqisi dünyanın məşhur konsert salonlarında səslənir. Bütün bunlar dövlət başçısının və birinci vitse-prezident Mehriban Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub”.

Daha sonra mükafatlar təqdim edilib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Şöhrət”, “Şərəf” və “Əmək” ordenləri, “Azərbaycan Respublikasının Prezidentinin fəxri diplomu”, “Tərəqqi” medalı, xalq artisti, əməkdar artist və əməkdar mədəniyyət işçisi fəxri adları ilə təltif olunanlara fəxri adlar və onların vəsiqələri təqdim olunub.

Prezidentin sərəncamına əsasən, “Şöhrət” ordeni ilə təltif edilən əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev və “Şərəf” ordeni ilə təltif edilən xalq artisti Tariel Qasımov çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində onlara təqdim edilən mükafatın ikiqat bayram olduğunu və böyük məsuliyyət hissi yaratdığını vurğulayıblar.

Çıxışlarda mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıdan söz açılaraq ölkə başçısına və Mədəniyyət Nazirliyinə minnətdarlıq ifadə olunub.


Sonda nazir Əbülfəs Qarayev ölkəmizin tərəqqisi və təbliğində mədəniyyət və incəsənət xadimlərinə uğurlar arzulayıb.

Mədəniyyət və incəsənət xadimlərinə orden, medal və fəxri adlar təqdim edilib - FOTO











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 195
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter