voicepress.az

SON DƏQİQƏ

"Oskar"a namizəd ən yaxşı xarici filmlərin qısa siyahısı açıqlanıb

18-12-2018, 07:15

ABŞ-da "Oskar" mükafatının "Ən yaxşı xarici film" nominasiyası üzrə namizədlərinin qısa siyahısı açıqlanıb.

VOİCEPRESS.AZ xəbər verir ki, bu barədə Amerika Kino Akademiyasının saytı məlumat yayıb.

Siyahıya daxil olan növbəti ekran əsərləri bunlardır: "Köçəri quşlar" (Kolumbiya), "Kapernaum" (Livan), "Heç zaman boylanma" (Almaniya), "Mağaza orğucuqları" (Yaponiya), "Müqəssir" (Danimarka), "Ayka" (Qazaxıstan), "Roma" (Meksika), "Soyuq müharibə" (Polşa), "Şəfəqlənən" (Cənubi Koreya).

Namizədlərin yekun siyahısı 22 yanvar 2019-cu ildə, qaliblər isə fevralın 24-də elan olunacaq.

Qeyd edək ki, Nüfuzlu "Oskar" mükafatının yaxında gözlənilən 91-ci təqdimetmə mərasimi baş aparıcısız keçirilə bilər.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 824
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter