voicepress.az

SON DƏQİQƏ

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək

17-12-2018, 19:20

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək.

VOİCEPRESS.AZ-ın verdiyi məlumata görə, Azərbaycan Prezidentinin görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi haqqında 17 oktyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq 2018-ci ildə bəstəkarın yubileyi ilə əlaqədar Azərbaycanda, eləcə də xarici ölkələrdə çoxlu sayda tədbirlər keçirilib.

Yubiley tədbirlərinin yekunu olaraq 19 dekabr 2018-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Lenin, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konsertinin keçirilməsi planlaşdırılıb.

Tədbirdə tanınmış rusiyalı musiqiçilər, beynəlxalq müsabiqələr laureatları – pianoçu Olqa Domnina, skripka ifaçısı Stanislav Malışev, o cümlədən istedadlı gənc vokalçı, vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin “Ümid” diplomuna layiq görülmüş Mahir Tağızadə iştirak edəcəklər.

Konsertdə dahi bəstəkarın skripka və fortepiano üçün sonatası, fortepiano prelüdləri, səs və fortepiano üçün 3 noktürn və digər əsərləri səslənəcək.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 857
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter