voicepress.az

SON DƏQİQƏ

Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO

15-12-2018, 00:33

Azərbaycanın Xalq artisti, tanınmış müğənni və bəstəkar, bir sıra nüfuzlu mükafatların laureatı, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçısı Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib. VOİCEPRESS.AZ xəbər verir ki, konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdən əvvəl çıxış edən E.Ağalarov ona göstərilən dəstəyə və yaradıcılığına verilən yüksək qiymətə görə tamaşaçılara minnətdarlığını bildirib. Müğənni deyib: “Doğma səhnədə çıxış etmək böyük məsuliyyət və böyük şərəfdir. Səmimi sevgiyə görə çox sağ olun. Mən Azərbaycanı çox sevirəm, burada böyük məmnuniyyətlə çıxış edirəm”.

Konsertdə “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Naçistatu”, “Still”, “Amor”, “Ya luçşe vsex jivu” və digər hitlər səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi “Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.

“Müslüm Maqomayev unikal səsə sahib idi. Onun xatirəsi daim yaşayacaq. Şadam ki, mən bu gün bu mahnını sizin üçün ifa etdim”, - deyə Emin qeyd edib.

Bakılı tamaşaçılar Xalq artistinin konsertini sürəkli alqışlarla qarşılayıblar.

Sonda müğənni səmimi qəbula görə tamaşaçılara bir daha təşəkkür edib. E.Ağalarov deyib: “Konsertə gələn hər kəsə, xüsusilə də Leyla Əliyevaya məni dəstəklədiyinə görə təşəkkür edirəm. Leyla Əliyeva böyük ürəyə malik çox gözəl insandır”.


Leyla Əliyeva Emin Ağalarovun konsertində - FOTO











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 795
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter