voicepress.az

SON DƏQİQƏ

Tarix dolu Naxçıvanda "Xüsusi təyinatlı İBAD-2" filminin ilk təqdimat mərasimi keçirildi

17-11-2018, 16:48

Türk Dünyasınn qəhrəman oglu İbad Hüseynlinin savaş yolunu anladan "Xüsusi təyinatlı İBAD-2" filminin ilk təqdimat mərasimi 15.11.2018-ci il tarixində Naxçıvan Muxtar Respublikasında keçirildi.

Naxçıvan Gənclik Mərkəzində keçirilən tədbirdə Respublikanın ziyalıları, hərbçiləri, hərbi kursantları, ali və orta məktəb tələbələri iştirak edirdilər. Onu da qeyd edək ki, gənc rejissor Natiq Novruzovun qəhrəman İbad Hüseynlinin savaş yolunu anladan ikinci filmdir. Filmin rejissoru Rəşad Nuri, ssenaristi Cəlaləddin Qasımov, musiqi bəstəkarı Fərahim Sadiqdir. Filmdə Xalq artisti Nurəddin Mehdixanlı aktyorlar Elçin Məmmədli , Rəşad Səfərov, Vüsal Ələsgərov və bir çox aktyorlar iştirak ediblər.

Tarix dolu Naxçıvanda  "Xüsusi təyinatlı İBAD-2" filminin ilk təqdimat mərasimi keçirildi

Tədbirdə iştirak etmək üçün Qarabağ Qazileri Anputant Futbol Federasiyasının Prezidenti, Qarabag qazisi Rovsen Quliyev, "Həmvətənlərə dəstək" İctimai Birliyinin sədri , ehtiyatda olan polkovnik Elmar Huseyin , tarixçi YUNESKO-nun dosenti Rizvan Hüseynov, Qarabag qazisi 1993-cü illərdə Agdam rayonunda Hərbi polisin rəisi olmuş Camal Əhmədov, bəstəkar İmruzə Hüseynova, “Milli Dəyərlər üzrə Maarifləndirmə ” İctimai Birliyinin sədri Gülşən Behbud , Dünya TV-nin əməkdaşı Leyla İlqar və İbad Hüseynlinin döyüş yoldaşları Sahib Şirinov, Nurəddin İmanov iştirak edirdilər.



Qonaqlar ilk öncə Ulu Öndərimiz Heydər Əliyevin abidəsini ziyarət etdilər və məzarı önünə çiçəklər düzdülər. Sonra Heydər Əliyev adına muzeydə oldular. Eyni zamanda Naxçıvanın tarixi yerlərində olub xatirə şəkilləri çəkdirdilər. Sonda qəhrəman İbad Hüseynlinin təşəbbüsü ilə Naxçıvan şəhidlərinin məzarını da ziyarət etdilər.



Maraqlı keçən filmin qalasından sonra söz qəhrəman İbad Hüseynliyə verildi. Qəhrəmanın çıxışı bitməyən alqışlarla qarşılandı. Rövşən Quliyev, Elmar Hüseyn, Rizvan Hüseynov və digər qonaqlar çıxış edib vətənpərvər Naxçıvanlılara öz təşəkkürlərini bildirdilər.

Sonda xatirə şəkilləri çəkildi.










VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 937
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter