voicepress.az

SON DƏQİQƏ

Azərbaycan "Avroviziya"nın I yarımfinalında çıxış edəcək

31-01-2017, 16:58

Azərbaycan "Avroviziya" mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.

VOİCEPRESS
xəbər verir ki, Ukrayna paytaxtı Kiyevdə baş tutacaq mahnı müsabiqəsinin ilk yarımfinalı mayın 9-da, ikinciyarım finalı isə mayın 11-də baş tutacaq.

Azərbaycanı təmsil edən müğənni Dinada Hacıyeva ilk yarımfinal mərhələsində İsveç, Çenoqoriya, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, Avstraliya və Albaniya ilə yarışacaq.

Final şousu mayın 13-də olacaq.


Qeyd edək ki, Diana Hacıyeva 1989-cu ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Fortepiano dərsləri alıb və caz musiqisi ilə maraqlanıb. "Bəri bax" musiqi kollektivində çalışıb. 2006-cı ildə Bakı şəhərində 16 saylı orta məktəbi bitirib. Bundan sonra Bakı Musiqi Akademiyasına daxil olub. "Xor dirijorluğu" peşəsinə yiyələnib. Bu illər ərzində caz ilə professional şəkildə məşğul olmağa başlayıb.
Hazırda Bakı Caz Mərkəzində çalışır.

Diana Hacıyeva evlidir. 2009-cu ildə ailə həyatı qurub.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 977
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter