voicepress.az

SON DƏQİQƏ

Tanınmış aktyor və şairimizi itirdik...

4-01-2017, 22:24

"Dost itkisi ağır olur... İndicə aldığım acı xəbər məni üzdü... Görkəmli aktyor, tanınmış şair Heybət Hörmət Şamaxıda qəflətən dünyasını dəyişib. Allah rəhmət eləsin..."

VOİCEPRESS publika.az-a istinadən bildirir ki, bu statusu tanınmış jurnalist Məzahir Süleymanzadə sosial şəbəkədə paylaşıb. Şair bu gün vəfat edib.

Heybət Hörmət - 1946-cı il dekabrın 20-də Şamaxı şəhərində anadan olub.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib.
20 il M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrınınnda işlədikdən sonra 1974-cü ildə Ə.B.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrına dəvət alıb.

Elə həmin ildə "Ən yaxşı gənc aktyor" mükafatına layiq görülüb.
Sonra H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışıb.
Bu müddət ərzində 200-dən artıq irili-xırdalı (əsasən iri) rolların müəllifidir.
"Azərbaycanfilmin" istehsal etdiyi bir sıra bədii filmlərdə çəkilib.
Sonuncu çəkildiyi "Fəryad" filmində Levon və "Qəzəlxan" filmində Neftçi rolları olub.
İlk şeiri 1956-cı ildə Şamaxıda çıxan "Yeni Şirvan" qəzetində çap olunub.
Bundan sonra respublika mətbuatının demək olar ki, hamısında çap olunub.
Əsərləri müntəzəm olaraq radioda, televiziyada səsləndirilib.
Təxminən 3 həftə əvvəl görkəmli aktyor 70 illik yubileyini qeyd etmişdi.
Allah rəhmət eləsin!


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 406
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter