voicepress.az

SON DƏQİQƏ

Bəzi ixtisaslar üzrə ballar aşağı düşə bilər - RƏSMİ

24-07-2019, 18:00

Bəzi ixtisaslar üzrə ballar aşağı düşə bilər - RƏSMİ

Konkret hər hansı ixtisas üzrə keçid balının necə dəyişəcəyini demək olmaz. Amma ümumi nəticələr göstərir ki, 1-ci və 4-cü ixtisas qruplarında hər hansı ixtisas üzrə keçid balları ötən illə müqayisədə 20-50 bal daha aşağı formalaşa bilər. Təbii ki, bunu bütün ixtisaslara aid etmək olmaz.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə ali məktəblərə qəbul üçün keçid ballarının aşağı enəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

X.Xanlarzadə əlavə edib ki, keçid ballarının formalaşması bir neçə amildən - abituriyentlərin, plan yerlərinin sayından və imtahan nəticələrindən asılıdır: “Məsələn, bu il I ixtisas qrupu üzrə 15 223 plan yeri var. Ötən il isə bundan 748 yer az - 14 475 plan yeri ayrılmışdı. Bundan əlavə, dövlət sifarişli plan yerlərinin sayında ötən illə müqayisədə kəskin artım var. Bu il I qrupda 9351 yer dövlət sifarişi əsasında olacaq. Ötən il isə bu, 5731 yer idi, yəni bu il 3620 yer ötən ildəkindən çoxdur. Sadaladığım bu amillər hər hansı bir ixtisas üzrə formalaşmış keçid balına təsir göstərəcək”.

DİM rəsmisi qeyd edib ki, bu il I qrupda 10 524 abituriyent 200 və daha yüksək, 15 101 abinturiyent 150 və daha yüksək bal toplayıb. Ötənilki qəbul imtahanlarında 200 və daha yüksək balı 13 169, 150 və daha yüksək balı 16 649 abituriyent toplamışdı: “Bu, onu göstərir ki, həmin intervalda bal toplayanların sayı keçən ilə nisbətən azalıb. Burada məntiq odur ki, plan yeri artırsa, hər hansı ixtisas üzrə keçid balı aşağı düşə bilər. Abituriyentin sayı azalırsa, hər hansı ixtisas üzrə daha aşağı müsabiqə şərti formalaşacaq. Plan yerlərinin artması, abituriyentlərin sayının azalması birbaşa keçid balına təsir edir” .

X.Xanlarzadə qeyd edib ki, bu il 590 və daha yüksək bal toplayanlarlar dövlət sifarişi əsasında “Müalicə işi” ixtisasına qəbul ola bilərlər:

“IV ixtisas qrupunda ən populyar ixtisas “Müalicə işi”dir. Bu il dövlət sifarişli plan yerlərində Azərbaycan Tibb Universiteti, Naxçıvan Dövlət Universiteti və Moskva Dövlət Universitetinin Bakı filialı üçün “Müalicə işi” ixtisası üzrə 550 yer ayrılıb. Bunun 100 yeri Moskva Dövlət Universitetinin Bakı filialına aiddir”.
















VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 527
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter