voicepress.az

SON DƏQİQƏ

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib

17-07-2019, 11:51


“Loqos” və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin (PXTM ) birgə təşkilatçılığı ilə Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, görüşdə “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTM-nın icraçı direktoru Leyla Kərimova, “Loqos” un Təlim-Tədris şöbəsinin rəhbəri Günel Axundova, Prof.Dr., Türkiyənin məşhur psixiatrı, Konya Gida və Tarım Üniversitesinin psixologiya bölmünün rəhbəri İshak Özkan, xanımı, türk yazarı Ülkü Taşlıova və gənclər iştirak ediblər.

Görüş zamanı qonaq əvvəlcə Mərkəz ilə tanış olub və sonra İshak Özkan hocanın çalışdığı Konya Gida və Tarım Üniversitesinin təqdimatı edilibdir.
Daha sonra Azərbaycanda ilk dəfə olaraq Prof.Dr. İshak Özkan “Ailə dəyərləri”, “Ailənin şəxsiyyətin inkişafındakı rolu”, “Əxlaqi dəyərlərin qorunması”, “Sevgi münasibətləri” və “İnsani keyfiyyətlər” mövzularında seminar veribdir. Seminar zamanı bildirilib ki, ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır.

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib

















VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 307
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter