voicepress.az

SON DƏQİQƏ

Qərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladı

16-07-2019, 12:44


Qərbi Kaspi Universiteti ABŞ-ın “Texas A&M” Beynəlxalq Universiteti ilə memorandum imzalayıb.

Sənəd iki universitet arasında müəllim və tələbə mübadiləsini, birgə elmi tədqiqatların aparılmasını, müxtəlif layihə və tədbirlərin təşkilini nəzərdə tutur.

İkitərəfli əməkdaşlıq həmçinin azərbaycanlı tələbələrə ABŞ-da yay və qış məktəblərində iştirak üçün imkanlar yaradacaq.

“Texas A&M” Beynəlxalq Universiteti Tədqiqatlar və Layihələr Departamentinin rəhbəri, professor John Kilburn bu əməkdaşlığın gənclərin təhsil imkanlarının genişləndirəcəyindən əminliyini ifadə edib.

Daha sonra qonaq Qərbi Kaspi Universitetinin tədris binalarında yaradılan şəraitlə tanış olub, müasir laboratoriya və mərkəzlərin keyfiyyətli təhsil üçün yaxşı baza yaratdığını bildirib.


Qərbi Kaspi Universiteti ABŞ-ın nüfuzlu universiteti ilə memorandum imzaladı











VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 168
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter