voicepress.az

SON DƏQİQƏ

Abituriyentlərlə bağlı acı həqiqət: Heç öz ballarına baxmırlar

29-04-2019, 16:02

Abituriyentlərlə bağlı acı həqiqət: Heç öz ballarına baxmırlar

IX sinif buraxılış imtahanlarında cəmi 47 faiz abituriyent öz cavab vərəqəsinə baxıb.

VOİCEPRESS.AZ-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birinci imtahanda iştirak edən 37434 abituriyentdən 26856 nəfər öz balına baxıb:

“Qalan 12 min nəfər heç öz balına baxmayıb.

Hər bir şəxsin yazı işi və sualları dərc olunub. Buna abituriyent, müəllim və ekspert də baxa bilər.

10795 abituriyent verilən suallara hansı cavabı yazdığına baxıb. Bu da 29 faiz təşkil edir. Qalan 71 faiz öz cavab vərəqlərinə baxmayıb.

Bəs niyə onda bəzi ekspertlər sualların paylaşılmasını istəyirlər? Bizim ölkədə biznes aparmaq üçün mühit genişləndirilir. Təhsildə pullu xidmət göstərən şəxslər var və onlar öz xidmətlərini bu bazarda satmaq istəyirlər”.

Məleykə Abbaszadə qeyd edib ki, IX sinif buraxılış imtahanlarında birinci imtahanda iştirak edən 39700 nəfər abituriyentdən 25762 nəfər öz nəticələrinə baxıb:

“6973 nəfər isə cavab vərəqəsinə baxıb. Bu da 18 faiz təşkil edir”.









VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 792
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter