voicepress.az

SON DƏQİQƏ

Xeyirlərə vəsilə olan böyük ürəyə sahib insanlar...

26-07-2019, 19:12



Qardaş Türkiyənin Yalova şəhərində böyük ürəyə sahib gənç yazarlar, sahib oldukları qələmin yaratdığı yazılarla örnək olacak projeyə imza atdılar. Belə ki, Türk dünyasını təmsil edən iyirmiyə yaxın həvəskar yazarın hər biri bir əhvalat olmakla öz xatirə hekayələrini yazaraq, bir toplum halında derc edibler. Kitab “Türk illərində cocukluk günləri” adlanır.

Kitab beş min tirajla işıq üzü görüb. Kitabın dərc edilməsi tamamilə xeyriyyə məqsədi daşıyır.

VOİCEPRESS.AZ Beynəlxalq İnformasiya Bürosunun Yalova`ya ezam olunmuş xüsusi müxbirinin əldə etdiyi məlumata görə, könüllü projenin təşəbbüskarlarından biri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Çini Dekor Sanatçısı Məryəm Buharidir.

Onun sözlərinə görə, layihənin əsas məqsədi kitab satışından əldə edilən maddi vəsaitin, kimsəsiz uşaqların təhsil və müalicəsinə sərf olunması, işsiz gənçlərin kurs və məslək əldə edə bilməsinə tövhə vermək üçün nəzərdə tutulur.

Hazırda kitab Yalovada avqust ayının sonuna kimi davam edən Kitab sərgisində xüsusi stenddə satışa çıxarılıb.

Qeyd edək ki, kitabda iki nəfər Azərbaycanlı yazarın da, xatirə hekayələri yer alıb. Bu yazarlardan biri Azərbaycan və İrak Yazarlar Birliyinin üzvü, doktor Adilə Nəzər və Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin məzunu Etibar Salmanovdur.


Ü. Fermanqızı
VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 145
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter