voicepress.az

SON DƏQİQƏ

"Yemək düşməniniz deyil, dostunuzdur" - Fitness model çox yeyib, arıq qalmağın sirrini açdı

10-11-2017, 14:23

Tanınmış fitness model insanları gün ərzində daha çox yemək yeməyə səsləyib.

VOİCEPRESS
xarici mətbuata istinadla xəbər verir ki, o, idmanla məşğul olanların uzun müddət çalışmasına rəğmən dəyişiklik hiss edilməməsinin səbəbini az yeməklə əlaqələndirib.

Əslən alman olan 40 yaşlı Instagram ulduzu Nessa Sphere qidasını artırmazdan əvvəl və sonrakı halının şəkillərini sosial şəbəkədə yayıb. O qeyd edib ki, günə 2000-2200 kalori tükətdikdən sonra bədəni daha cazibədar hal alıb.

Axırıncı paylaşımına "Yemək sizin düşməniniz deyil, dostunuzdur" yazan model qeyd edib ki, insanların idman edərkən yeməyi ikinci plana atmaq doğru deyil.

"Bəzi insanlar istədikləri bədən formasını ala bilmirlər. Çünki onlar düzgün qidalanmırlar. Gün ərzində az yemək yemək incə fiquraya sahib olmaq demək deyil. Cazibədar bədən sirri düzgün qidalanmaqdadır, az yox. Siz az qidalandığınız zaman metobolizmanız da yavaşlayır ki, bu da bədəndəki yağların da əriməsinə mane olur".

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 707
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter