voicepress.az

SON DƏQİQƏ

Öskürəyin qarşısını almağın ən sadə və FAYDALI YOLU

7-10-2017, 07:48

Payız özü ilə birgə müxtəlif xəstəlikləri də gətirir. Soyuq və yağışlı havalarda qrip və soyuqdəymə halları tez-tez baş verir. Xəstəliyin əlamətlərini yüngülləşdirmək üçün aptek preparatlarından istifadə edirik. Unutmayaq ki, ən faydalı dərman təbii tərkibli olmalıdır.

VOİCEPRESS öskürəklə mübarizədə ən sadə və ucuz başa gələn ev şəraitində hazırlanmış möcüzəli həbin reseptini bölüşür. Bu üsul ən çox dərman içməkdən imtina edən uşaqlar üçündür.

Tərkibi:

· 1 stəkan şəkər tozu
· ½ stəkan su
· 1 xörək qaşığı limon suyu
· 1/2 çay qaşığı üyüdülmüş zəncəfil
· ¼ çay qaşığı üyüdülmüş mixək
· 1 x/q bal

Üzərinə səpmək üçün
· şəkər kirşanı


Hazırlanması:

Balaca qazana şəkər tozu,su,limon suyu,bal ,üyüdülmüş zəncəfil və mixək töküb qarışdırın. Ocağın altını yandırıb arabir qarışdıraraq qaynadın. Qatılaşmağını yoxlayıb tez ocaqdan götürün. Soba sinisinə və ya dəzgaha yağlı kağız sərib isti-isti qaşığın ucunda düymə böyüklüyündə az-az tökün.
Bərkiməsi üçün kənarda saxlayın. Bərkiyən konfetlərin üzərinə şəkər kirşanı səpin.

Sağlam olun!


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 594
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter