voicepress.az

SON DƏQİQƏ

"WhatsApp" ödənişli olur?

6-09-2017, 11:41

Dünyanın ən geniş yayılmış ani mesajlaşma xidməti olan "WhatsApp" ödənişli olacaq.
VOİCEPRESS xəbər verir ki, "WhatsApp" şirkət hesablarını ödənişli edəcək yenilik üzərində çalışır.

"WhatsApp"ın əməliyyat direktoru Matt Idema iş adamları, qurumlar üçün yaratdıqları əlavə xidmətlərə görə ödəniş alacaqlarını açıqlayıb. İdema ödənişli xidmətə nələrin daxil olduğunu və zaman rəsmən xidmətə başlayacağını açıqlamayıb: "Detallar hələlik təsdiqlənməyib".

Test edilən yenilik böyük şirkətlərə məxsus olan hesablarla daha rahat əlaqə qurmaq üçün yaradılıb. "WhatsApp"ın öz bloqundakı açıqlamada belə yazılıb: "Kiçik şirkətlər üçün pulsuz olan "WhatsApp Business" tətbiqinə əlavə ediləcək yeni xidmətlər test mərhələsindədir".

"Facebook" 2014-cü ildə hazırda istifadəçi sayı 1 milyardı ötən "WhatsApp"ı 22 milyard dollara satın alıb. Yaxın günlərdə bu xidmət hesabların rəsmi olduğunu sübut edən yaşıl işarə özəlliyini əlavə etmişdi.

VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 628
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter