voicepress.az

SON DƏQİQƏ

Bill Geytsdən xeyriyyəçiliyə fantastik məbləğ

15-08-2017, 20:32

"Microsoft"un yaradıcısı, milyarder iş adamı Bill Geyts xeyriyyəçilik məqsədilə böyük məbləğdə ianə edib.

VOİCEPRESS lent.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ABŞ-ın qiymətli kağızlar üzrə federal komissiyasına istinadən məlumat yayıb.

Bu il iyunun 4-də həyata keçirilən ianənin məbləği 4,6 milyard dollar təşkil edib. Bu, 2000-ci ildən bəri Bill Geytsin xeyriyyə məqsədilə ayırdığı ən böyük məbləğdir. Pulun hansı ünvanlara köçürüldüyü açıqlanmayıb. Lakin məlumdur ki, milyarder iş adamı əsasən həyat yoldaşı Melinda ilə birlikdə yaratdığı xeyriyyəçilik fonduna pul köçürür. Cütlük 1994-cü ildən bəri xeyriyyəçiliyə ümumilikdə 35 milyard dollar həcmində pul sərf edib.

B. Geyts 4,6 milyard dollarlıq xeyriyyəçilik aksiyasından sonra planetin ən varlı insanları siyahısında 2-ci sıraya geriləyib. Onun sərvəti hazırda 86,1 milyard dollar həcmində qiymətləndirilir. "Amazon"un yaradıcısı Ceff Bezos zənginlər siyahısında ilk sıraya yüksəlib


VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 2 150
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter