voicepress.az

SON DƏQİQƏ

“Böyük siyasətin davamı” - Ölkədə daha bir uğurlu layihə

7-05-2019, 18:37


Bu gün Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) və “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasının “Hilton Baku” otelində birgə təşkil etdikləri Avrasiya Qiymətləndiricilərinin XV Beynəlxalq Konqresi və Xanhüseyn Kazımlının “Böyük siyasətin davamı” kitabının yeni nəşr olunmuş 8-ci cildinin təqdimatına həsr olunmuş tədbir keçirilib.
VOİCEPRESS.AZ -ın verdiyi xəbərə görə, tədbir saat 10.00-da xarici ölkələrdən gələn qonaqların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabanda ucaldılmış abidəsinin qarşısına əklil qoyuluşu ilə başlandı, sonra “Hilton Baku” otelinin “Sevda” zalında davam etdirilib.

Konqresin gedişində və “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasının və Təftiş komissiyasının hesabatı, eləcə də yerli və xarici mütəxəssislərin bir sıra məsələlərə dair çıxışları dinlənilib.

Tədbirdə yadda qalan məqamlardan bir də “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasına rəhbərliyin yenə də Azərbaycanda qalması olub. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, professor Xanhüseyn Kazımlı qiymətçi olaraq həmin Beynəlxalq təşkilatın sədri seçilib.

Daha sonra ASRP-nin sədri, professor Xanhüseyn Kazımlı və iqtisadiyyat üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, Əsli Kazımovanın birgə hazırladığı “Böyük siyasətin davamı” kitabının 8-ci cildinin təqdimatı keçirilib.

Kitabın baş redaktoru Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri, Əməkdar dövlət qulluqçusu, tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçi Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elmira Axundovadır. 8-ci cildə yazılmış ön sözün müəllifi isə AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylidir.

Qeyd edək ki, “Avrasiya Qiymətləndiricilər Birlikləri Şurası” Beynəlxalq Assosiasiyasının Özbəkistandan gələn nümayəndə heyəti tərəfindən Milli Məclisinin üzvü, professor Xanhüseyn Kazımlıya özbək milli geyimi, tədbirdə iştirak edən xanımlara isə milli şal və suvenir hədiyyə edildi.

“Böyük siyasətin davamı” - Ölkədə daha bir uğurlu layihə








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 231
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter