voicepress.az

SON DƏQİQƏ

Köklərinə bağlı millət vəkili...

6-03-2017, 08:55

[justify]Valideynlərinin məzarını vaxtaşırı ziyarət etməyi unutmayan Xanhüseyn Kazımlı əslində köklərinə bağlı bir insandır. Ömrünün böyük bir hissəsini cəbhə bölgəsində, səngərlərdə, hərbi hissələrdə keçirən dahi şəxsiyyət, həyat və ölümün nə demək olduğunu, yaxınlarını itirməyin nəyə səbəb olduğunu yaxşı bilir.

Axı o dünyaya göz açarkən, acımasız müharibə ondan atasını almışdı. Ata sözünə həsrət böyüyən millət vəkili heç ağlına da gətirməzdi ki, bir gün seçicilərinin, cəbhə xəttində öz canı bahasına vətənin keşiyində duran hər bir əsgərin atası olacaq. Hər bir bayramı onlarla keçirəcək, dərdlərinə-sərlərinə şərik olacaq, sevinclərini birgə paylaşacaq.

Bu gün hörmətli millət vəkilimiz Xanhüseyn Kazımlı yenə də, işlərinin çox olmasına, baxmayaraq, ömürdən zaman çalıb valideynlərinin məzarını ziyarət etməyə getdi...

Maraqlı məqam odur ki, millət vəkili anasının məzarını ziyarət etməzdən əvvəl vatəninin keşiyində duran, canından keçən şəhidini ziyarət edir. Sizcə bu insanlıq adına yazılan dahilik, vətənpərvərlik, millətçilik sevdası deyil, bəs nədir?

Millət vəkili ona həm ata, həm ana olan fədakar ananın məzarını, şəhidinin məzarını ziyarət edəndən sonra ziyarət edir. Bununla da, şəhidinin müqəddəsliyini, şəhidinin “Ana Vətən” uğrunda həlak olduğunu bizlərə bir daha çatdırır.

Xanhüseyn Kazımlı həmişə İrland yazıçısı Corc Murun fikirlərini misal çəkir: “Elminizə elm qatan şəxs sizin dostunuzdur”. Daha sonra bu deyimə təhlil verməyi də, çox sevir. O bildirir ki, anam təhsilsiz bir qadın olsa da, övladlarını oxutdura bilibsə, elmə- biliyə yiyələndirə bilibsə, o elmə elm qatan ən ali bir varlıqdır. Yəni o, möcüzənin özüdür.

Ananın, valideynin övladına verdiyi təhsili bir döyüşçüyə verilmiş silah qədər iti və gərəkli olduğunu etiraf edən Xanhüseyn Kazımlı, illər keçsə də, əldə etdiyi hər bir uğura görə öz fədakar anasına borclu olduğunu bildirir.

Amma yenə də, bütün bu ülvi ana sevgisi qarşılığında millət vəkili şəhidinin məzarını ziyarət edib, daha sonra anasının məzarına baş çəkir...
Bu fikirlər, əslində Xanhüseyn Kazımlının köklərinə bağlı biri olduğunun, səngərdə şaxta-soyuq bilmədən əli silahlı duran hər bir əsgərin fədakar atası missiyasını icra etdiyinin xəbərçisidir.
[/justify




A. Isgəndərova
VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 3 137
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter