voicepress.az

SON DƏQİQƏ

ABŞ Çin istehsalı dronların istifadəsini qadağan edir

1-11-2019, 00:00

ABŞ Çin istehsalı dronların istifadəsini qadağan edir

ABŞ-ın Daxili İşlər Nazirliyi Çin istehsalı pilotsuz aparatların təbii ehtiyatların mühafizəsi sahəsində istifadəsini müvəqqəti qadağan edib.


VOİCEPRESS-ın məlumatına görə, "The Wall Street Journal" nəşri nazirliyin nümayəndəsi Nik Qudvinə istinadla yazıb ki, bu qadağa dronların ölkənin təhlükəsizliyi üçün risk ehtimalının tam yoxlanılmasından sonra aradan qaldırıla bilər.


Qəzetin məlumatına görə, Amerika rəsmiləri Çin istehsalı olan pilotsuz aparatların infrastruktura zərər verəcəyindən narahatdırlar. Bundan başqa, dronların topladığı informasiyaların Çin hakimiyyəti, habelə hakerlər tərəfindən ələ keçiriləcəyi ehtimalı da araşdırılacaq. Qeyd olunur ki, ABŞ DİN federal strukturlar arasında ən böyük dron donanmasına malikdir. Belə ki, onun sərəncamında olan 800-dən çox pilotsuz aparatdan meşə yanğınları, hidrotexniki qurğuların yoxlanılması, torpağın eroziyasına nəzarət sahələrində istifadə olunur.


Bu ilin sentyabrında Çində və hər hansı digər ölkədə istehsal olunmuş pilotsuz aparatların satın alınmasına qadağa qoyulmasına dair qanun layihəsi ABŞ Konqresinin müzakirəsinə təqdim edilib.



VOİCEPRESS






VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 194
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
R" alt="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" title="Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE" width="80" height="50"/> 13.11.2019, 20:00
Xətainin yeni icra başçısı müharibə veteranıdır - DOSYE
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
YANPRESS


Flag Counter