voicepress.az

SON DƏQİQƏ

Rusiyadan Azərbaycana 400 milyon dollardan çox pul köçürülüb

1-10-2019, 21:11


2019-cu ilin ilk altı ayında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 417 milyon dollar göndərilib. Eyni zamanda ilin birinci rübündə Rusiyadan köçürmələr 189 milyon dollar təşkil edib.

VOİCEPRESS xəbər verir ki, bunu Rusiyanın Mərkəzi Bankının məlumatlarında görmək olar.

Hesabatda qeyd olunur ki, Azərbaycana hər dəfə orta hesabla, təxminən, 300 dollar göndərilir.

Ümumiyyətlə, 2019-cu ilin birinci yarısında Rusiyadan MDB ölkələrinə 5,720 milyard dollar göndərilib. MDB ölkələri arasında ən yüksək göstərici Özbəkistandadır: ilin ilk altı ayı ərzində Rusiyadan bu ölkəyə 2 milyard dollardan çox pul köçürülüb.


Rusiya Mərkəzi Bankı pul köçürmələrinin həcmini BLIZKO, CONTACT, "Western Union", "Zolotaya Korona", "Unistream" ödəniş sistemlərinin, eləcə də Rusiya poçtunun məlumatlarına əsasən hesablayıb.




VOİCEPRESS


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 210
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter