voicepress.az

SON DƏQİQƏ

“Gələn ilin büdcəsində maaşlar, pensiya və müavinətlər prioritet məsələ olacaq”

27-09-2019, 11:10


“İlkin məlumatlara əsasən deyə bilərik ki, 2020-ci ilin dövlət büdcəsi də sosial ağırlıqlı olacaq”.

VOICEPRESS-in verdiyi xəbərə görə, bunu modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov növbəti ilin dövlət büdcəsinin ilkin göstəricilərinə əsasən bildirib.

Parlamentarinin sözlərinə görə, hələlik büdcədəki rəqəmlərdən dəqiqliyilə xəbərdar deyil:

“Büdcədəki rəqəmlər dəqiqiliyə bizə məlum deyil. Yəni bizə təqdim olunmayıb. Yalnız mətbuata və Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, maaşlar, müavinətlər, pensiyalarla bağlı məsələlərin yenə də üstünlük təşkil edəcəyi gözlənilir. Bildiyiniz kimi, sosial sahə hər zaman gündəlikdədir.

Dövlət başçısı mütəmadi olaraq, bu sahələrə ayrılan vəsaitləri artırır. O cümlədən, 2020-ci ilin dövlət büdcəsində də bu, istisna deyil”.


V.Əhmədov bildirib ki, ənənəvi olaraq növbəti ilin büdcəsinin də sosial yönümlülüyü təmin ediləcək:

“Bu baxımdan maaşlar, pensiayalar, təqaüdlər və sosial müavinətlər, o cümlədən, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Amma konkret rəqəmlər büdcə müzakirələri zamanı bəlli olacaq”.




VOİCEPRESS




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 131
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter