voicepress.az

SON DƏQİQƏ

Bakı Fond Birjasında hərrac keçiriləcək

3-09-2019, 16:30


Sentyabrın 4-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, BFB-dən azvision.az -a bildirilib ki, hərraca çıxarılan notların həcmi 200 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar oktyabrın 2-də ödəniləcək.

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümumi sayı 2-dən (1 rəqabətli və 1 qeyri-rəqabətli) çox olmamalıdır.

Hərrac zamanı notların buraxılışının 20 faizdən artıq olmamaq şərtilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. Mərkəzi Bankın qısamüddətli notlarının alıcıları yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ola bilər.




VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 127
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter