voicepress.az

SON DƏQİQƏ

Azərbaycanda enerji istehsalı və ixracı artıb

3-09-2019, 18:30


Ötən ilin avqust ayı ilə müqayisədə 2019-cu ilin avqust ayında elektrik enerjisinin istehsalı və ixracı əhəmiyyətli dərəcədə artıb.

VOİCEPRESS.AZ-ın verdiyi xəbərə görə, bu haqda Azərenerji ASC-dən Modern.az-a verilən məlumata görə, ötən ay 2,14 milyard kVts elektrik enerjisi istehsal edilib ki, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kVts və ya 10,5 % çoxdur.

Ötən ilin avqust ayı ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb. “Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb. Belə ki, 2018-ci ilin avqust ayında qonşu dövlətlərə 72,2 milyon kVts elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kVts elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kVts və ya 2 dəfədən çox artım deməkdir. Qeyd edək ki, ixrac edilən 166,3 milyon kVts elektrik enerjisinin 158,8 milyon kVts Gürçüstan Respublikasına ötürülüb.




VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 137
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter