voicepress.az

SON DƏQİQƏ

Dollar payızda neçəyə olacaq? - PROQNOZ

1-09-2019, 11:00


“Nə qədər ki neftin qiyməti 45 dollardan aşağı düşməyib, manatın devalvasiyası haqqında danışmaq mümkün deyil”.

VOİCEPRESS.AZ-ın modern.az-a istinadən verdiyi xəbərə görə, açıqlamasında iqtisadçı Rövşən Ağayev bildirib. Onun fikrincə, manatın devalvasiyası ilə neftin dünya bazarındakı qiyməti arasında birbaşa əlaqə var.

“Azərbaycan manatının taleyi, manatın sabitliyi, onun məzənnəsinin nə dərəcədə sabit qalacağı, manatın məzənnəsi dəyərdən düşəcəkmi, manat möhkəmlənəcəkmi kimi sualların çox sadə bir cavabı var - neftin qiyməti nə qədər sabit olacaq?”

Rövşən Ağayev bildirib ki, Azərbaycanda hazırda manatın devalvasiyası heç bir iqtisadi parametrlərə görə gündəlikdə deyil.

“Çünki neftin qiyməti 45-50 dollardan aşağı düşmür. Nə qədər ki neftin qiyməti 45 dollardan aşağı düşmür, manatın devalvasiyası haqqında danışmaq mümkün deyil. Çünki bizim təbii balansımız neftin qiyməti 50 dollara çatdığı halda xərc əmələ gəlir. Manatın sabitliyinə təminat verən ən başlıca amil neft amilidir, çünki Azərbaycan iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Yalnız neft 50 dollardan aşağı düşəndə bu məsələni müzakirə etmək olar”.

Xatırladaq ki, dünya bazarında Brent markalı neftin 1 bareli 60 dollar civarındadır.



VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 114
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter