voicepress.az

SON DƏQİQƏ

Türkiyə, Azərbaycan və Gürcüstan “fındıqçılıq müqaviləsi” bağladılar

8-08-2019, 12:13

Türkiyə, Azərbaycan və Gürcüstan “fındıqçılıq müqaviləsi” bağladılar

Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Gürcüstan Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi arasında “Fındıq sahəsində strateji əməkdaşlıq haqqında bəyannamə” qəbul edilib.

VOİCEPRESS.AZ xəbər verir ki, Türkiyə, Azərbaycan, Gürcüstan kənd təsərrüfatı nazirləri Ordu Böyükşəhər Bələdiyyəsi məclis salonunda reallaşdırılan proqramda bir araya gəliblər.

Türkiyə kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, fındıq Türkiyə iqtisadiyyatı üçün çox önəmli məhsuldur.

“Bu bəyannaməni Türkiyə, Azərbaycan və Gürcüstan xalqları arasındakı dostluq əlaqələrini gücləndirmək, fındıq sahəsində iş birliyini inkişaf etdirmək, istehsal, keyfiyyət, səmərəlilik üçün potensial və ehtiyac duyulan elmi, texniki və texnoloji iş birliyini təmin etmək və fındıq sahəsində daha yaxın bir iş birliyinin inkişafı üçün edirik. Bu bəyannaməni dünya fındıq istehsalında ən böyük paya sahib olan ilk 5 ölkənin 3-ü olaraq birlikdə, fındıqların vətənində, fındıq mədəniyyətinin dünyaya yayıldığı ərazidə fındıq istehsalını, keyfiyyətini və məhsuldarlığını artırmaq, xəstəlik və zərərvericilərə qarşı mübarizə aparmaq, yeni çeşidlər inkişaf etdirmək üçün qəbul edirik”.

Pakdemirli daim istehsalçı və istehlakçının tərəfində olduğunu xüsusi vurğulayıb.

“3 nazir olaraq hər zaman istehsalçı və istehlakçının tərəfindəyik. İstehsalçılarımıza yeni çeşidlər təqdim etməyi, məhsuldarlığı və keyfiyyəti artırmağı, bölgəmizdəki xəstəlik və zərərvericilərlə mübarizə aparmağı, məhsulun keyfiyyətini və müxtəlifliyini artıraraq fındıqlara dəyər qatmağı və istehlakçılara yüksək keyfiyyətli məhsul əldə etmək üçün strateji əməkdaşlığımızı təmin etdiyimizi bildiririk”.

Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı naziri İmam Kərimov və Gürcüstanın ətraf mühit və kənd təsərrüfatı naziri Levan Davitaşvili fındıqla bağlı əməkdaşlığın hər üç ölkə üçün faydalı olmasını arzulayıblar.















VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 284
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter