voicepress.az

SON DƏQİQƏ

İsveçrə Əməkdaşlıq Təşkilatı cəbhəyanı bölgələrdə yaşayan qadınlara maliyyə dəstəyi verəcək

11-07-2019, 15:13

İsveçrə Əməkdaşlıq Təşkilatı cəbhəyanı bölgələrdə yaşayan qadınlara maliyyə dəstəyi verəcək

İsveçrə Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycanın cəbhəyanı bölgələrində yaşayan və həyat yoldaşını itirmiş qadınlara maliyyə dəstəyi verəcək.

VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə xüsusi layihə həyata keçiriləcək: "Layihənin icrasına bu ayın sonundan başlanılması gözlənilir. Məqsəd həmin qadınlara biznes etikasının öyrədilməsi, onların maarifləndirilməsi və psixoloji durumları yaxşılaşdırdıqdan sonra biznes layihələrini dəstəkləməkdir. Layihənin icrası nəticəsində 36 qadın üçün yeni iş yeri təmin ediləcək".

Yeni layihənin büdcəsi 120 min manatdır. Bunun 40%-ni İƏT, 60%-ni isə assosiasiya ödəyəcək.












VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 407
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter