voicepress.az

SON DƏQİQƏ

Bakıda ödənişli xidmətlərə 2 milyard manardan çox pul xərclənib

6-07-2019, 09:00

Bakıda ödənişli xidmətlərə 2 milyard manardan çox pul xərclənib

2019-cu ilin yanvar-may aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,9 faiz artaraq 2 milyard 066,5 milyon manat olub.

VOICEPRESS.AZ-ın məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 490,6 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,1 faizini təşkil edib.

2019-cu ilin yanvar-may aylarında iaşə dövriyyəsi isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,5 faiz artaraq 369,3 milyon manat olub.

Dövriyyənin 43,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 56,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-may aylarına nisbətən 17,6 faiz azalaraq 159,8 milyon manat təşkil edib.












VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 306
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
YANPRESS


Flag Counter