voicepress.az

SON DƏQİQƏ

Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi

24-06-2019, 19:34

Zelenski Rövnəq Abdullayevlə bağlı fərman verdi

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Ukrayna Milli İnvestisiya Şurasının üzvü seçilib.

VOİCEPRESS.AZ Ukrayna Prezidentinin Adminstrasiyasına istinadən xəbər verir ki, Vladimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.

Şuraya Ukrayna Prezidentinin özü rəhbərlik edəcək. “Xalqın xidmətçisi” partiyasından deputatlığa namizəd, beynəlxalq “Template Monster” IT şirkətinin həmtəsisçisi David Araxamiya Şuranın katibi təyin edilib.

İnvestisiya Şurasına Prezident Administrasiyası rəhbərinin müavinləri Aleksey Qonçaruk və Vadim Pristayko, Prezidentin köməkçisi Andrey Yermak və müşaviri Oleq Ustenko daxil olublar.

Razılıq əsasında Şuraya Ukrayna və xarici təşkilatların, işgüzar dairələrin nümayəndələri, sərmayələrin cəlb edilməsi, sahibkarlığın inkişafı məsələləri üzrə ekspertlər, iqtisadiyyat və maliyyə sahəsində mütəxəssislər daxildirlər.

Ukrayna Milli İnvestisiya Şurası ölkəyə investisiyaların cəlb edilməsi və investisiya mühitinin yaxşılaşdırılması üçün dövlət siyasətini həyata keçirir. Şura 2016-cı ildə yaradılıb və hazırda Prezident Administrasiyasının nəzdində məsləhətçi orqan kimi fəaliyyət göstərir.












VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 602
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter