voicepress.az

SON DƏQİQƏ

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası başlayıb

7-06-2019, 16:10

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclası başlayıb

Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə plenar iclas başlayıb.

VOICEPRESS.AZ "Report"un Rusiya bürosunun məlumatına istinadən xəbər verir ki, bu plenar iclasda həmçinin Çinin sədri Si Tszinpin, Bolqarıstan prezidenti Rumen Radev, Ermənistan və Slovakiya baş nazirləri - Nikol Paşinyan və Peter Pelleqrini, BMT baş katibi Antoniu Quterriş çıxış edəcək.

İclasın moderatoru jurnalist və teleaparıcı Sofiko Şevardnadzedir.

Bu il forum "Davamlı inkişaf sahəsində gündəmi müəyyənləşdirmək" şüarı altında keçirilir.

Forum iyunun 8-də başa çatacaq.







VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 941
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter