voicepress.az

SON DƏQİQƏ

Hesablama Palatasının sədri: “İqtisadi artımın təqribən 81%-i qeyri-neft sektoru hesabına təmin olunub”

31-05-2019, 13:01

Hesablama Palatasının sədri: “İqtisadi artımın təqribən 81%-i qeyri-neft sektoru hesabına təmin olunub”

“Azərbaycanda 2018-ci ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur”.

VOİCEPRESS.AZ xəbər verir ki, bunu Milli Məclisin iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O vurğulayıb ki, neftin qiymətində kəskin azalmalardan sonra devalvasiya dalğaları və iqtisadi artım templərində ciddi tərəddüdlər izlənildi.

Qeyd edib ki, bununla belə sonradan neftin qiymətinin artması 2018-ci ildə makroiqtisadi stabilliyin bərpası istiqamətində müsbət meyllər üçün münbit şərait formalaşdırıb.

“İqtisadiyyatda faktiki yaradılmış ümumi daxili məhsulun nominal həcmi 79.8 milyard manat olub, real ifadədə artım 1.4% təşkil edib.

İqtisadi artımın təqribən 81%-i qeyri-neft sektoru hesabına təmin olunub. 2018-ci ilin dövlət büdcəsi milli valyutanın stabil kursu çərçivəsində icra olunub. Əsas ticarət tərəfdaşı olan ölkələrdə 2018-ci ildə devalvasiyaların qeydə alınması müqabilində manatın stabil qalıb”.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 419
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter