voicepress.az

SON DƏQİQƏ

Bu ölkəyə bir ildə 1,2 milyard dollar investisiya yatırıldı

25-05-2019, 01:30

Bu ölkəyə bir ildə 1,2 milyard  dollar investisiya yatırıldı

Ötən il Gürcüstan iqtisadiyyatına 1 mlrd. 232,4 mln. ABŞ dolları həcmində investisiya yatırılıb.

VOİCEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə ötənilki dövlət büdcəsinin icrası haqqında sənəddə bildirilir.

İllik müqayisədə qonşu ölkəyə qoyulan sərmayələrin həcmi 34,9% azalıb.

Hesabat ilində Gürcüstanın ən böyük investoru 240 mln. dollarla Azərbaycan olub. İkinci və üçüncü yerlərdə müvafiq olaraq Böyük Britaniya (203,7 mln. dollar) və Niderland (167,9 mln. dollar) qərarlaşıb.

Sənəddə qeyd olunub ki, 2018-ci ildə ən çox investisiya maliyyə (277 mln. dollar), nəqliyyat (210 mln. dollar) və energetika (157 mln. dollar) sahələrinə yatırılıb.

Dövlət büdcəsinin icrası haqqında sənəd mayın 27-də Gürcüstan parlamentinin büro iclasında təqdim olunacaq.









VOICEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 907
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter