voicepress.az

SON DƏQİQƏ

Azərbaycan - Böyük Britaniya enerji forumu keçiriləcək

21-05-2019, 09:45

Azərbaycan - Böyük Britaniya enerji forumu keçiriləcək

Mayın 22-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək. İclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

VOİCEPRESS.AZ-ın məlumatına görə, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberidir.

Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində Azərbaycan-Böyük Britaniya enerji forumu da keçiriləcək. Forumda Energetika naziri Pərviz Şahbazovun çıxışı, neft-qaz sektorunun, bərpa olunan enerji sahəsinin inkişafı, eləcə də Azərbaycanda enerji islahatlarına dair təqdimatlar nəzərdə tutulub.








VOİCEPRESS.AZ


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Oxunub: 1 938
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
YANPRESS


Flag Counter